Azərbaycan prezidenti İlham Əliyev "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı İspaniyanın Kralı VI Felipeyə başsağlığı verib.
525.az-ın məlumatına görə, başsağlığı məktubda bildirilir:
“Əlahəzrət!
"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.