525.Az

İlham Əliyev İspaniya kralına başsağlığı verib


 

İlham Əliyev İspaniya kralına başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı İspaniyanın Kralı VI Felipeyə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığı məktubda bildirilir:
 
 
“Əlahəzrət!
 
"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
 
Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

 





25.03.2015    çap et  çap et