Martın 20-də - Novruz bayramının ilk günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu ilə bağlı ilkin məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.
Novruz bayramında müşahidə olunacaq hava proqnozu ilə bağlı dəqiq məlumat sabah açıqlanacaq.