525.Az

Bayramın ilk günü hava necə olacaq?


 

Bayramın ilk günü hava necə olacaq?<b style="color:red"></b>

Martın 20-də - Novruz bayramının ilk günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu ilə bağlı ilkin məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 
Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.
 
Novruz bayramında müşahidə olunacaq hava proqnozu ilə bağlı dəqiq məlumat sabah açıqlanacaq.

 





18.03.2015    çap et  çap et