Fövqəladə Hallar Nazirliyi (FHN) Cəfər Cabbarlı adına kitabxanada yanğın baş verməsi haqqında məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib, lakin göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb.