525.Az

FHN: "Cəfər Cabbarlı adına kitabxanada yanğın olmayıb"


 

FHN: "Cəfər Cabbarlı adına kitabxanada yanğın olmayıb"<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) Cəfər Cabbarlı adına kitabxanada yanğın baş verməsi haqqında məlumatlara aydınlıq gətirib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.
 
Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib, lakin göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb.
 





02.09.2014    çap et  çap et