525.Az

Qafqaz Universitetində təşəbbüskarlıq seminarları başa çatdı


 

Qafqaz Universitetində təşəbbüskarlıq seminarları başa çatdı<b style="color:red"></b>

TƏŞƏBBÜSKARLIQ SEMİNARLARI BAŞA ÇATIB

 Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə həyata keçirilən “Təşəbbüskarlıq” seminarları başa çatıb. 30 yanvar – 03 fevral 2013-cü il tarixlərində keçirilən seminarlar istər  sahibkarlar, istərsə də akademik heyət tərəfindən yüksək maraqla qarşılanıb.
 Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkının vitse-prezidenti Dr. Ufuk Batum tərəfindən verilən seminar-təlimlərin gündəliyi aşağıdakı kimi davam etdirildi:
 1- ci gün:
 Buzları qırmaq: Oyun/beyin fırtınası, profillər və “təşəbbüskar”ın izahı, qərar vermə prosesləri
 2-ci gün:
 Qlobal dinamikanın nəzərə alınması (bu bölmədə iş dünyasına təsir edən, rəqabət amilini nəzərə alan, dünya bazarını müzakirə edən 14 mühüm prosesin açıqlanması və izahı
  3-cü gün:
 Qrupların formalaşması və qrup fəaliyyətlərinin başlanması, iş fikirlərinin formalaşdırılması, innovativ düşüncə sistemlərinin istifadə edilməsi, iş modelləşdirilməsinə giriş
 4-cü gün:
 İş modellərinin tətbiq olunması, müştərilərin seçilməsi və ya müəyyənləşdirilməsi, bazar seqmentlərinin müəyyənləşdirilməsi, dəyər mexanizmi, dağıtım kanalları, müştəri əlaqələri, gəlir modeli, təməl fəaliyyətlər, təməl qaynaqlar, iş ortaqlıqları, büdcə quruluşu.
 Sunum üsulları, sərmayeçi əlaqələri, hər bir qrupun sunumları, tamamlama yorumları, sual-cavab.
  Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar-təlimlərin iştirakçılarının müxtəlif sahələrdə fəaliyyət göstrərən sahibkar və elmi-tədqiqatçılardan ibarət olması yeni və maraqlı fikirlərin formalaşmasına zəmin verdi. Yüksək inteqrasiya şəraitində keçən seminar-təlimlər iştirakçılar arasında yenilikçi fikirləri formalaşdıran diskusiyalarla müşahidə olunub.
 Seminar-təlimlərin iştirakçıları sertifikatlarla təltif olunublar.
  
S.QARAYEVA

 





04.02.2013    çap et  çap et