525.Az

"Neftçi" "Qarabağ"a qalib gəldi


 

"Neftçi" "Qarabağ"a qalib gəldi<b style="color:red"></b>

Dünən Azərbaycan Premyer Liqasının 14-cü turunda daha bir oyun keçirilib.

Qol.Az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması "Bakcell Arena"da baş tutub.

Burada lider "Qarabağ" "Neftçi"nin qonağı olub. Ağdam təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcəkdi. Lakin meydan sahibləri qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, “Neftçi” 9 oyun idi ki, “Qarabağ”a qalib gələ bilmirdi. “Ağ-qaralar” sonuncu dəfə 2013-cü ildə “Qarabağ” üzərində qələbəyə sevinmişdi.

29 noyabr (bazar)

Azərbaycan Premyer Liqası, 14-cü tur

17:00. “Neftçi” – “Qarabağ” - 1:0

Qol
: Rəhman Hacıyev, 65

Hakimlər
: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər
: Əliyar Ağayev, Rəhim Həsənov

8-ci km qəsəbə stadionu.

 





30.11.2015    çap et  çap et