525.Az

"İnter" klubuna futbolçusunun yanlış forma ilə meydana çıxması səbəbindən xəbərdarlıq


 

"İnter" klubuna futbolçusunun yanlış forma ilə meydana çıxması səbəbindən xəbərdarlıq <b style="color:red"></b> AFFA İntizam Komitəsi Bakının "İnter" klubuna xəbərdarlıq edib.
 
525.az-ın məlumatına görə, buna səbəb "bankirlər"in heyətində çıxış edən Nizami Hacıyevin AZAL-la Azərbaycan Premyer Liqası matçının protokolunda qeyd olunduğu kimi 8 deyil, 80 nömrəli forma ilə meydançaya çıxmasıdır.

Hacıyev 12-ci dəqiqədə hakimin göstərişi ilə formasını dəyişib. Bununla əlaqədər İntizam Komitəsi "İnter"dən hadisəyə cavabdeh şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.

Bundan başqa 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt klubu 1000 manat cərimələnib. Eyni məbləğdə cəriməni "Sumqayıt" "Qəbələ" ilə matçda, "Zirə" isə "Rəvan"la görüşdə 4 futbolçunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.
 





24.11.2015    çap et  çap et