525.Az

"Qarabağ" məşqə başlayır


 

"Qarabağ" məşqə başlayır<b style="color:red"></b>

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" sabah yenidən bir araya gələcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqamızda yaranan fasilə səbəbindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 12-ci turda "Xəzər Lənkəran"la baş tutmuş oyundan (1:0) sonra komandaya istirahət verib.

Üç günlük istirahətdən sonra Ağdam təmsilçisi sabahdan "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda baş tutacaq "Qarabağ" - "Kəpəz" oyunu noyabrın 21-də keçiriləcək.

 





11.11.2015    çap et  çap et