525.Az

Hakimi təhqir edən futbolçuya dörd oyunluq cəza


 

	Hakimi təhqir edən futbolçuya dörd oyunluq cəza<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 12-ci və birinci divizionun 8-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XII turunun AZAL – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.     

Azərbaycan birinci divizionunun VIII turunun MOİK – “Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 54-cü dəqiqəsində “Bakılı” klubunun 19 nömrəli futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimələnib.

Azərbaycan birinci divizionunun VIII turunun “Şahdağ”  – “Mil-Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cərimə kəsilib.

 





10.11.2015    çap et  çap et