525.Az

"Qəbələ" bu gün Almaniyaya gedir


 

"Qəbələ" bu gün Almaniyaya gedir<b style="color:red"></b>

“Qəbələ”  Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən matçdan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib.

Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqinə çıxacaq. Günorta saatlarında isə komanda Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.

Xatırladaq ki, "Borussiya" - "Qəbələ" qarşılaşması noyabrın 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 





03.11.2015    çap et  çap et