525.Az

"Xəzər Lənkəran" qalib gəldi, "Neftçi"nin qələbəsizlik seriyası bitdi


 

"Xəzər Lənkəran" qalib gəldi, "Neftçi"nin qələbəsizlik seriyası bitdi<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulur.

Qol.Az-ın məlumatına görə, son oyun günündə iki görüş keçiriləcək.

Son vaxtlar uğursuz çıxışları ilə yadda qalan “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. "Neftçi" çempionatda son 6 oyunda qələbə qazana bilmirdi. Bu qalibiyyətlə paytaxt klubu qələbəsizlik seriyasına son qoyub.

Digər oyunda autsayder “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

2 noyabr (bazar ertəsi)

Azərbaycan Premyer Liqası, XI tur

21:00. “Rəvan” – “Xəzər Lənkəran” - 0:1
Qol
: Elnur Cəfərov, 79 (0:1)
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Neftçi” - 1:2
Qollar: Uğur Pamuk, 7 (1:0), Fəhmin Muradbəyli, 72 (1:1), Ruslan Qurbanov, 77-pen (1:2)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev
Mehdi Hüseynzadə adına şəhər stadionu

1 noyabr

“Qəbələ” – “Kəpəz” - 1:2
Qollar: Aleksandr Sitnik, 2 (0:1), Fakundo Pereyra, 69 (1:1), Dario Federiko, 90+4 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

31 oktyabr (şənbə)
 
“Qarabağ” – AZAL - 2:0

Qollar: Əfran İsmayılov, 49 (1:0), Raydell Pupon, 90+2 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“İnter” – “Zirə” - 0:0
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
“İnter Arena”

 





03.11.2015    çap et  çap et