525.Az

"Qəbələ" "Kəpəz"ə uduzdu


 

"Qəbələ" "Kəpəz"ə uduzdu<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun təxirə salınmış "Qəbələ" - "Kəpəz" görüşü keçirilib.

Qol.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək matç 30-cu dəqiqədən oynanılıb.

Dünən keçirilməli olan görüş qatı duman səbəbindən 30-cu dəqiqədə yarımçıq dayanıb. Görüşün baş hakimi Əliyar Ağayev meydanda görmənin məhdud olması səbəbindən matçı yarımçıq dayandırmaq məcburiyyətində qalıb və oyun bu günə təxirə salınıb.

Xatırladaq ki, 30 dəqiqə ərzində cəmi bir qol vurulub. Gəncə təmsilçisinin futbolçusu Aleksandr Sitnik 2-ci dəqiqədə komandasını hesabda önə keçirib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

1 noyabr

Azərbaycan Premyer Liqası, XI tur

20:00. “Qəbələ” – “Kəpəz” - 1:2
Qollar: Aleksandr Sitnik, 2 (0:1), Fakundo Pereyra, 69 (1:1), Dario Federiko, 90+4 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

31 oktyabr (şənbə)
 
“Qarabağ” – AZAL - 2:0
Qollar: Əfran İsmayılov, 49 (1:0), Raydell Pupon, 90+2 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“İnter” – “Zirə” - 0:0
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
“İnter Arena”

2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev Mehdi Hüseynzadə adına şəhər stadionu

21:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“Bayıl Arena”

 





01.11.2015    çap et  çap et