525.Az

Qəbələdə növbəti problem, “CBC Sport” yayımı dayandırdı


 

Qəbələdə növbəti problem, “CBC Sport” yayımı dayandırdı<b style="color:red"></b>

Azərbaycan Premyer Liqasının hazırda davam edən “Qəbələ” – “Kəpəz” oyununda hava şəraiti səbəbindən növbəti problem yaranıb.

Qol.Az-ın xəbərinə görə, dünən olduğu kimi, bu gün də Qəbələdə müşahidə olunan qatı duman meydanın normal görünməsinə mane olub.

Buna görə də futbolçuların bir-birini aydın görməsində, azarkeşlərin isə oyunu normal səviyyədə izləməsində çətinlik yaranıb.

Qatı dumanın getdikcə daha da artığı bildirilir.

 





01.11.2015    çap et  çap et