525.Az

Müdafiə Sənayesi Nazirliyindən partlayışla bağlı rəsmi məlumat


 

Müdafiə Sənayesi Nazirliyindən partlayışla bağlı rəsmi məlumat  <b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
 
MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın  baş verib.
 
Yanğın nəticəsində zavodun bir əməkdaşı  dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.

 





06.07.2015    çap et  çap et