525.Az

Kubada “Wi-Fi” ilə təchiz edilən 35 mərkəz açılıb


 

Kubada “Wi-Fi” ilə təchiz edilən 35 mərkəz açılıb<b style="color:red"></b> Kubada simsiz internetdən istifadənin mümkün olduğu 35 mərkəz istifadəyə verilib.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər belə mərkəz eyni anda 100 istifadəçinin internetə qoşulmasını təmin edir.
 
Əvvəllər ölkədə internetdən istifadə yalnız dövlət internet salonlarında və bahalı hotellərdə mümkün olub və bu imkandan əsasən əcnəbilər və yüksəkvəzifəli məmurlar yararlanıb.
 
2013-cü ildə vəziyyətin dəyişməsindən sonra ölkədə 118 internet kafe açılıb. Hazırda isə kubalılar “Wi-Fi” texnologiyasından istifadə etmək imkanı əldə ediblər.
 
Kuba hökuməti həmçinin internet tariflərinin azaldılması ilə bağlı qərar verib. Əvvəllər 1 saatlıq internet kubalılara 4,5 dollara başa gəlirdisə, indi bu rəqəm 2 dollar təşkil edir. Lakin Kuba əhalisinin aylıq məvacibinin orta hesabla 20 dollar olmasını nəzərə alsaq, bu qiymət də baha görünür, - "NTD” yazır.
 





06.07.2015    çap et  çap et