525.Az

“Fənərbağça” Luis Nanini transfer edib


 

“Fənərbağça” Luis Nanini transfer edib<b style="color:red"></b> Türkiyənin “Fənərbağça” (Fenerbahçe) klubu “Mançester Yunayted”in portuqaliyalı ulduzu Luis Nanini transfer etdiyini rəsmən açıqlayıb.
 
APA-nın xəbərinə görə, “Fənərbağça” bu transfer üçün İngiltərə klubuna 6 milyon avro ödəyəcək. Nani ilə 3 illik müqavilə imzalanıb. Lakin oyunçuya veriləcək maaş və mükafatların həcmi açıqlanmayıb. Nani iyulun 5-də gecə İstanbula gəlib.
 
 
Luis Carlos Almeida da Cunha – Nani 1986-cı il təvəllüdlüdür. Karyerası boyunca Portuqaliyanın “Real de Massama”, “Sportinq” komandalarında və “Mançester Yunayted”də çıxış edib. Portuqaliya milli komandasında 86 dəfə forma geyib və 15 qol vurub.
 





06.07.2015    çap et  çap et