525.Az

Bahar Muradova ATƏT PA-nın iclasında erməni həmkarına cavab verib


 

Bahar Muradova ATƏT PA-nın iclasında erməni həmkarına cavab verib<b style="color:red"></b> “Münaqişələrin tezliklə həll olunması üçün səylərimizi birləşdirməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərini saxlamalıyıq”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı deyib.
 
Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır:
 
“Biz münaqişə zonalarında “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq.  ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.
 
B. Muradova həmçinin Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Azərbaycan prezidentinin İrəvanı və Zəngəzur mahalını da geri qaytaracağı ilə bağlı etirazına cavab verib:
 
“Sizə isə cənab Geqamyan təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan daxil olmaqla, həqiqətən öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz”.
 





06.07.2015    çap et  çap et