525.Az

“Casio” gələn il “ağıllı” saat istehsal edəcək


 

“Casio” gələn il “ağıllı” saat istehsal edəcək<b style="color:red"></b> Yaponiyanın “Casio” şirkəti gələn ilin mart ayında özünün istehsal edəcəyi smart-saatla bağlı planlarını açıqlayıb.
 
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu barədə şirkətin prezidenti Kazuo Kaşio bildirib.
 
Onun sözlərinə görə, yeni avadanlıq qola rahat taxılacaq və istifadəsi olduqca asan olacaq.
 
Şirkət prezidenti həmçinin qeyd edib ki, “Casio” smart-saatları daha çox intellektual imkanlara malik saat olacaq. Daha doğrusu, saat əlavəsi olan mobil avadanlıq olacaq. Məhz bu səbəbdən Yaponiya istehsalçısı əsas diqqəti avadanlığın görünüşünə və onun istifadədə rahatlığına ayırır.
 
“Casio” smart-saatlarının satışlarının ABŞ və Yaponiyada başlanması, daha sonra isə bütün Asiya bazarında həyata keçirilməsi planlaşdırılır.
 





06.07.2015    çap et  çap et