525.Az

Messi mükafatdan imtina etdi


 

Messi mükafatdan imtina etdi<b style="color:red"></b>

Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə ancaq o, ən yaxşı futbolçu üçün nəzərdə tutulan mükafatdan imtina edib, 28 yaşlı oyunçu finalda  Çiliyə penaltilərlə 1:4 hesabı ilə uduzaraq kuboku qazana bilmədikləri üçün bu addımı atıb.

Qeyd edək ki, Messi  Argentina millisi ilə indiyə kimi təkcə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının kubokunu qazanıb.

Əlavə edək ki, L.Messi Amerika kubokunda oynadığı 6 matçda 1 qol və 3 qol ötürməsi verib.

 





06.07.2015    çap et  çap et