525.Az

Moldovanın Rumıniya ilə birləşməsi tələb edildi


 

Moldovanın Rumıniya ilə birləşməsi tələb edildi<b style="color:red"></b> İyulun 5-də Kişinyovda meydanlara çıxan yüzlərlə adam Moldovanın Rumıniya ilə birləşməsini tələb edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aksiyanın təşkilatçıları Actiunea 2012 ictimai platforması və Milli Birlik Bloku olub.

Qonşu ölkə ilə birləşmək təşəbbüsü ilə aksiya keçirən təşkilatçılar bu məqsədlə 25 min adamı bir yerə toplamağı planlaşdırıblar.

Mitinq başa çatandan sonra iştirakçılar Rumıniyanın paytaxtı Buxarestə yürüş edəcəklər.
 





06.07.2015    çap et  çap et