525.Az

Fidel Kastro son 3 ayda ilk dəfə cəmiyyət qarşısına çıxıb


 

Fidel Kastro son 3 ayda ilk dəfə cəmiyyət qarşısına çıxıb<b style="color:red"></b>

Kubanın keçmiş lideri Fidel Kastro son 3 ayda ilk dəfə cəmiyyət qarşısına çıxıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, 4 saat ərzində Yeyinti Sənayesi Nazirliyinin araşdırmalar institutunun auditoriyasında bir qrup pendirtutanla ünsiyyətdə olub.

Bu il avqustun 13-də Fidel Kstronun 89 yaşı tamam olacaq. Bundan keçmiş lider adamlar arsında bu ilin aprel ayında görünmüşdü. O, Venesueladan Kubaya gələn tələbə ilə söhbət etmişdi.

Fidel Kastro xəstəliyinə görə ali dövlət postundan 2008-ci ildə gedərək, hakimiyyəti kiçik qardaşı, indi 84 yaşı olan Raula verib.

Kubada 1959-cu ildə Fidel Kastronun rəhbərlik etdiyi inqilabçılar hakimiyyətə gələndən sonra ABŞ-la bu ölkənin münasibətləri ciddi şəkildə pisləşib. Bir il sonra Vaşinqton Havanaya qarşı ticarət qadağası tətbiq edib, 1961-ci ildən isə diplomatik əlaqələr kəsilib.

ABŞ-ın demokrat prezidenti Barak Obamanın səyləri nəticəsində son zamanlar Azadlıq Adası ilə münasibətlərin normallaşması üçün bir sıra addım atılıb. Bunun nəticəsində ABŞ və Kuba Havana və Vaşinqtonda səfirliklər açmağı razılaşdırıblar. Diplomatik missiyaların iyulun 20-də fəaliyyətə başlayacağı güman edilir.

 





06.07.2015    çap et  çap et