525.Az

Türkiyədə ağır yol qəzası: 15 ölü


 

Türkiyədə ağır yol qəzası: 15 ölü<b style="color:red"></b>

Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub.
 
Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.
 
Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 





06.07.2015    çap et  çap et