525.Az

Roberto Montella ATƏT PA-nın baş katibi seçilib


 

Roberto Montella ATƏT PA-nın baş katibi seçilib<b style="color:red"></b> İtaliyadan olan parlamentar Roberto Montella ATƏT Parlament Assambleyasının baş katibi seçilib.
 
APA-nın məlumata görə, seçki iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında gerçəkləşib.
 
R. Montella bu vəzifənin icrasına 2016-cı ilin 1 yanvar tarixindən başlayacaq. Baş katibin mandatına ATƏT PA-nın işlərini idarə etmək, Büro, Daimi Komitə və Assambleyanın qərarlarını həyata keçirmək və katibliyin Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək daxildir.
 
Hazırda ATƏT PA-da bu vəzifəni Oliver Spenser icra edir.
 





06.07.2015    çap et  çap et