525.Az

Ermənilər işğal altında olan dağlarda yanğınlar törədiblər


 

Ermənilər işğal altında olan dağlarda yanğınlar törədiblər<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edirlər.

Bu dəfə ermənilər işğal altında olan dağ massivlərinə od vurublar.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Şahbulaq, Yeddixırman dağlarında güclü yanğınlar müşahidə olunur.
 
Qoşunların təmas xəttinə yaxın, həmçinin ermənilərin nəzarətində cəbhədən xeyli uzaq olan Göytəpə, Qaraqaşlı, Kəngərli, Salahlı kəndlərində, keçmiş Gülçülük sovxozu və Uzundərə adlanan ərazilərdə də yanğınlar qeydə alınıb.
 
Alovun miqyası getdikcə genişlənir.

 





06.07.2015    çap et  çap et