525.Az

İntiqam Əliyevin şikayəti əsasında məhkəmə başlayıb


 

İntiqam Əliyevin şikayəti əsasında məhkəmə başlayıb<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
 
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmənin baxış iclası iyulun 21-nə təyin edilib.
 
Qeyd edək ki,  İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.
 





06.07.2015    çap et  çap et