525.Az

Polis Baqramyan prospektindəki barrikadanı nəzarətə götürüb


 

Polis Baqramyan prospektindəki barrikadanı nəzarətə götürüb<b style="color:red"></b> Ermənistan polisi paytaxtın Baqramyan prospektində etiraz aksiyası keçirən nümayişçilərdən yerli vaxtla saat 12:30-q qədər yolu boşaltmağı tələb edib.
 
APA-nın “Novosti-Armenia”ya istinadən verdiyi məlumata görə, polisin bəyanatında bildirilir ki, nümayişçilər yolu könüllü açmasalar, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edəcək:

"Ermənistan polisi bu gün Baqramyan prospektində təxminən 2 həftədir dayandırılmış hərəkəti bərpa etməyə hazırlaşır. Həmçinin hərəkətə mane olan əşyalar da oradan götürüləcək. Polis sonuncu dəfə aksiyanın təşkilatçı və üzvlərini Baqramyan prospektini boşaltmağa çağırır. Əks halda, polis qanunun müəyyən etdiyi səlahiyyətlərindən istifadə edəcək”.
 
Vaxt tamamlandıqdan sonra polis zibil qablarından ibarət barrikadanı nəzarətə götürüb.
 
Xatırladaq ki, 4 iyun tarixində aksiyanın koordinasiya qrupunun nümayəndəsi David Sanasaryan bildirib ki,  tələblərinin bu gün saat 21:00-a kimi yerinə yetirilməyəcəyi təqdirdə “İrəli addımla” adlı yeni aksiyalarına başlayacaqlar. Onlar özləri üçün barrikadaya çevirdikləri zibil qablarını hər gun daha da irəli aparacaqlarını bəyan ediblər. 
 





06.07.2015    çap et  çap et