525.Az

Sona Vəliyevanın “Arazbarı”sı İstanbulda


 

Sona Vəliyevanın “Arazbarı”sı İstanbulda <b style="color:red"></b> İstanbulda azərbaycanlı şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb.
 
APA-nın Türkiyə müxbirinin məlumatına görə, “Araz” nəşriyyatının çap etdiyi  kitaba Sona Vəliyevanın 2000-ci ildən bəri yazdığı şeirlərin bir hissəsi daxil edilib. Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitaba yazdığı “Ana ruhunun işığında” adlı  ön sözdə Sona Vəliyevanın şeirlərindəki  fikir-ideya-məzmun-ifadə  məfhumlarının yaratdığı  paradiqmanın əsas cəhətləri  barədə  oxuculara geniş təhlil təqdim edib.
 
Qeyd edək ki, “Arazbarı”dan  sonra Sona Vəliyevanın Türkcə ikinci şeir kitabı çapa hazırlanır. Kitabın yaxın gələcəkdə işıq üzü görməsi gözlənilir.
 





06.07.2015    çap et  çap et