525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

İyulun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 





06.07.2015    çap et  çap et