525.Az

Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq


 

Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq<b style="color:red"></b> İyulun 28-də xalq artisti Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, yubiley tədbiri prezident İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək.
 
Tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında V. Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 





06.07.2015    çap et  çap et