525.Az

Yunan xalqı kreditorların proqramına “yox” deyib


 

Yunan xalqı kreditorların proqramına “yox” deyib<b style="color:red"></b>

İyulun 5-də Yunanıstanda kreditorların (Avropa Komissiyası, Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu) təklif etdiyi qənaət proqramına dair referendum keçirilib.

APA-nın xəbərinə görə, əhalinin əksəriyyəti proqrama “yox” deyib.
 
Referendumda seçicilərin 62,5%-i iştirak edib. Onların 61,31%-i proqramın əleyhinə, 38,69%-i isə lehinə səs verib.
 
Baş nazir Aleksis Tsipras xalqın cəsarətli seçim etdiyini vurğulayaraq kreditorlarla danışıqlar masasına qayıtmağa hazır olduqlarını bəyan edib.
 
O bildirib ki, ilk növbədə bank sisteminin bərpasına və borcun yenidən strukturlaşdırılmasına çalışmaq lazımdır.  
 
Qeyd edək ki, kreditorların planında Yunanıstanda dövlət xərclərinin, xüsusən sosial ödəmələrin kəskin azaldılması, vergilərin yüksəldilməsi, borcların maliyyələşdirilməsi və borcların qismən strukturlaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, Yunanıstanın Avrokomissiya, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard avroya yaxın borcu var.

 





06.07.2015    çap et  çap et