525.Az

İsrafil İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub


 

İsrafil İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub<b style="color:red"></b>

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov “Avropa nəşr” Mətbuat Evinin “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

APA-nın məlumatına görə, teatrda keçirilən mərasimdə qızıl medal İ.İsrafilova təqdim olunub. 
 
Mətbuat Evinin baş direktoru Şöhrət Səlimbəyli bildirib ki, qızıl medal elm və incəsənət xadimlərinə öz sahələrində göstərdiyi xidmətlərə görə təqdim olunur: “İsrafil İsrafilovun Azərbaycanın teatr və mədəniyyət xadimləri haqqındakı kitabları bu medalı müəllifə təqdim etməyə əsas verir. İsrafil müəllimin həm pedaqoji, həm də tədris sahəsində olan tədqiqatları bizə əsas verdi ki, onun zəhmətini mükafatlandıraq”.
 
Tədbirdə çıxış edən “Avropa nəşr” Mətbuat Evinin nümayəndəsi Babək Qurbanov, xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, xalq artisti Ramiz Novruz və başqaları İ. İsrafilovun tədqiqat işləri və teatr yaradıcılığı sahəsindəki xidmətlərindən danışıblar.
 
İ. İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalını ona təqdim etdiklərinə görə Mətbuat Evinin rəhbərliyinə təşəkkürünü bildirib.

 





03.07.2015    çap et  çap et