525.Az

“Elmlər Akademiyası”nın yeni çıxışı nə vaxt açılacaq?


 

“Elmlər Akademiyası”nın yeni çıxışı nə vaxt açılacaq?<b style="color:red"></b>

Metronun “Elmlər Akademiyası” stansiyasının yeni çıxışının bu ilin sonunadək açılması planlaşdırılır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının yeni çıxışının qurulması ilə bağlı işlər davam etdirilir. Bu ilin sonuna kimi işlərin tam yekunlaşması planlaşdırılır.

Hazırda metroda hərəkət edən müasir qatarla bağlı N.Paşayev bildirib ki, Fransanın “Alstom” şirkətindən alınan 3 qatar artıq həm “İçərişəhər-Həzi Aslanov”, həm də “Dərnəgül-Həzi Aslanov” xətti istiqamətində qrafikə uyğun hərəkət edir.

 





03.07.2015    çap et  çap et