525.Az

"Azərbaycanın diqtə ilə işləməməsi istismarçı dövlətlərin mənafelərinə uyğun deyil"


 

"Azərbaycanın diqtə ilə işləməməsi istismarçı dövlətlərin mənafelərinə uyğun deyil"<b style="color:red"></b>

"Avropa Parlamenti, AŞPA, Almaniya Bundestaqı, ABŞ Departamenti ayrı-ayrı beynəlxalq səviyyəli təşkilatlar, qurumlar olsalar da, ancaq onlar bir mərkəzdən idarə olunurlar, bir xorun ifaçılarıdır".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Tahir Rzayev dilə gətirib.Onun dediyinə görə, çünki bu təşkilatlar istəmədikləri ölkələrə qarşı münasibətləri eyni səviyyədə sərgiləyir, tutuquşu kimi bir-birilərini təkrar edirlər. O, deyib ki, Azərbaycana qarşı münasibətdə də bu daha qabarıq şəkildə özünü büruzə verir. T. Rzayevin bildirdiyinə görə, son dövrlərdə, xüsusilə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə adları çəkilən təşkilatların ölkəmizin və xalqımızın ünvanına başladıqları qarayaxmalar,  böhtan kampaniyaları bir daha sübut edir ki, bu fikirlər respublikamızda demokratik ab-havanın da sağlamlaşdırılmasına, insan hüquqlarının qorunmasına deyil, əslində müstəqil dövlətimizin gözdən salınmasına yönəldilib.

Deputatın fikrincə,  məqsəd isə tam aydındır-Azərbaycanın müstəqil siyasət yeritməsi, öz sərvətlərinə sahiblik etməsi, böyük dövlətlərin diqtəsi ilə işləməməsi, Qərbin, eləcə də, Avropanın istismarçı dövlətlərinin mənafelərinə uyğun deyil: "Almaniya başda olmaqla, bəzi Avropa ölkələri və beynəlxalq təşkilatları Azərbaycanı zəif, ələbaxan, asılı bir dövlət kimi görmək arzusundadırlar. Və onlar öz istəklərini həyata keçirmək üçün hər bir vasitəyə əl atırlar. Avropada Türkiyədən sonra ikinci bir müsəlman dövlətinin meydana çıxması, inkişafı, siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə fərqlənməsi və dünyanın nəzər-diqqətini cəlb etməsi avropalı liderlərin siyasəti ilə üst-üstə düşmür. Çünki onlar inkişaf edən və dünya siyasətini mənimsəyən bir dövləti və dövlət başçısına öz təsirlərini yönəltməkdə acizdirlər. İstənilən kimi hərəkət etməyə qadir deyillər. Məhz buna görə də Almaniyanın rəhbərliyi ilə bəzi Avropa dövlətləri və qanunvericilik orqanları, qeyri-hökumət təşkilatları, mətbuat vasitələri bir xor şəklində birləşərək, gur səslə Azərbaycanın əleyhinə məkrli ifalar səsləndirirlər. İfaların mövzusu eyni olduğu kimi, məqsədi, məramı da eynidir - insan haqları və demokratiya. Mövzu gözəldir, aktualdır. Ancaq onun müəllifləri, ifaçıları yalançıdırlar, alverçidirlər, mələk donuna bürünən şeytanlardır. O alverçilər, şeytanlar, yalançılar Azərbaycanın işğal olunmuş ərazilərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, bir milyondan çox qaçqın və köçkünü inkar etməkdə belə mahirdirlər.

Azərbaycanın tarixi nailiyyətlərinə, musiqi yarışmalarına, Birinci Avropa Oyunlarına qarayaxmağa belə qadirdirlər. İnsan taleyini, demokratiyanı, bəşəri dəyərləri pulla alıb-satan, öz mənafeləri naminə ən çirkin əməllərə qurşanan bu siyasətçilər, deputatlar, mətbuat orqanları bir şeyi anlamırlar və dərk etmək istəmirlər ki, artıq onların iç üzü məlumdur. Dedikləri cəfəngiyyatdır, hərəkətləri insanlığa ziddir. Azərbaycan prezidenti, xalqımız dünyada baş verən hadisələri, ona yönələn təsirlərin məqsədini və mahiyyətini yaxşı qiymətləndirir. Ona görə də anti-Azərbaycan xor ifaçıları özləri üçün oxuyur və oxuduqlarını özləri də eşidirlər. Hətta, onlar oxuduqların belə özləri inanmırlar. Aldıqları pullara, oturduqları masaya görə oxuyurlar. Qoy, oxusunlar, təki ağla gəlib düz oxusunlar".

Kamil HƏMZƏOĞLU

 

 





03.07.2015    çap et  çap et