525.Az

Rəsul Həsənovun "Düha"sı "Art Villa" qalereyasında


 

Rəsul Həsənovun "Düha"sı "Art Villa" qalereyasında<b style="color:red"></b>

Bakıda, "Art Villa" qalereyasında ilk dəfə fotoillüstrasiya üslubunda gənc qrafik dizayner Rəsul Həsənovun portretlər sərgisi açılıb.

"Düha" adlı portretlər sərgisi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının dəstəyi ilə həyata keçirilib.

Layihədə portretlərlə yanaşı, obrazlı rəsm əsərləri də nümayiş olunub.

Müəllifin fotorealistik üslubda hazırladığı 20 rəsm portretində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin obrazları canlandırılır və tədricən unudulmuş keçmiş yenidən bərpa edilir.

Bir sıra incəsənət nümayəndələrinin və ölkəmizdə olan xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb.

S.ABDULLAYEVA

 





03.07.2015    çap et  çap et