525.Az

Milli Dram Teatrı mövsümü "Nağıllar aləmində" ilə bağlayıb


 

Milli Dram Teatrı mövsümü "Nağıllar aləmində" ilə bağlayıb<b style="color:red"></b>

Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış "Nağıllar aləmində" tamaşasının premyerası ilə yekun vurub.

Xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də nümayiş olunub. Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.
 
Əsasən gənclərin iştirakı ilə hazırlanan tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) ifa edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

S.ABDULLAYEVA

 





03.07.2015    çap et  çap et