525.Az

Həştərxanda Xəzəryanı ölkələrinin media forumu keçiriləcək


 

Həştərxanda Xəzəryanı ölkələrinin media forumu keçiriləcək<b style="color:red"></b> 16-20 sentyabr tarixlərində Həştərxanda Xəzəryanı ölkələrinin media forumu keçiriləcək.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, tədbirdə İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyadan olan media nümayəndələri iştirak edəcək.
 
Rusiyanın rabitə və kütləvi kommunikasiya nazirinin müavini Aleksey Volinin sözlərinə görə, forum zamanı təcrübə mübadiləsi, media biznesi barədə müzakirələr aparılacaq: “Xəzəryanı bölgə işgüzar, mədəni, ticarət, iqtisadiyyat baxımdan geniş əlaqələrə malikdir və bu münasibətlərin informasiya dəstəyinə ehtiyacı var”.
 





03.07.2015    çap et  çap et