525.Az

“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək


 

“Azərbaycanda Koreya Kinosu Festivalı”  keçiriləcək<b style="color:red"></b> İyulun 6-dan avqustun 15-dək Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda Koreya Kinosu Festivalı”  keçiriləcək.
 
APA-nın məlumatına görə, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.
 
Kino festivalında Koreya filmləri ölkəmizin 5 regionunda - Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust) və Qəbələdə (7-15 avqust) nümayiş olunacaq.
 
Festivalın rəsmi açılışı iyun ayının 6-da Gəncə şəhərində baş tutacaq və tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”)  adlı film təqdim olunacaq.
 
Kino festivalının bağlanış mərasimi avqust ayının 15-də Qəbələdə keçiriləcək. Festivala 2011-ci ildə rejissor Choi Ik-hwan tərəfindən lentə alınmış “Ana” (“Mama”) adlı filmlə yekun vurulacaq.
 
“Azərbaycanda Koreya Kinosu Festivalı”nın tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuz olacaq.
 





03.07.2015    çap et  çap et