525.Az

Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edib


 

Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edib <b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Şamaxıda Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib. 
 

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
 
Vətəndaşların müraciəti əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
 
Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
 
Nazirlikdən bildiriblər ki, vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib. 
 





03.07.2015    çap et  çap et