525.Az

Ronaldodan tənqidi fikirlər


 

Ronaldodan tənqidi fikirlər<b style="color:red"></b>

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Amerika kubokunda uğursuz çıxış edən yığmanın oyununu tənqid edib.

Qol.Az-ın məlumatına görə, "Sport TV"yə danışan Ronaldo komandanın oyun fəlsəfəsinin olmadığını bildirib:

"Belə təəssürat yarandı ki, komandada futbolçular və məşqçilər korpusu arasında anlaşılmazlıq var. Bir neçə epizodda aydın oldu ki, komandanın oyun fəlsəfəsi yoxdur. Dunqa bir ildir yığmanı çalışdırır. Ancaq Braziliya millisi əsl komanda təsiri bağışlamır. Azarkeşlər də komandada olan çatışmazlığı görür. Dunqa isə hər uğursuz nəticədən sonra bəhanə gətirərək, özünə haqq qazandırmağa çalışır".

Qeyd edək ki, Braziliya Amerika kubokunun 1/4 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq (3:4) mübarizəni dayandırıb.

 





01.07.2015    çap et  çap et