525.Az

ADİU-da pedoqoji heyətin əmək haqları artırılıb


 

ADİU-da pedoqoji heyətin əmək haqları artırılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası professor-müəllim heyətinin vəzifə maaşlarının artırılmasına qərar verib.

525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri 1500,  professorlar 1300, dosentlər 880, baş müəllimlər 760, müəllim və asissentlər 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.

Yeni artımlardan sonra universitetin pedoqoji heyəti üzrə orta aylıq əmək haqqı 985 manat olacaq.

 





01.07.2015    çap et  çap et