525.Az

Meksikanın "Mariaçi" qrupu "ADA" Universitetində konsert verib


 

Meksikanın "Mariaçi" qrupu "ADA" Universitetində konsert verib<b style="color:red"></b>

"ADA" Universitetində Meksikanın Azərbaycandakı səfirliyinin yeni fəaliyyətə başlaması münasibətilə bu ölkənin "Mariaçi" qrupunun ifasında Latın Amerikası musiqisinin təqdimatı olub.

Meksika səfirliyi və "ADA" Universitetinin birgə təşkilatçılığı ilə reallaşan konsertdə bir sıra ölkələrin Bakıdakı diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.

"ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə iştirak edən qonaqları salamlayaraq konsert proqramının əhəmiyyətindən söz açıb.

Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores təşkilatı dəstəyə görə başda "ADA" Universitetinin rəhbərliyi olmaqla bütün kollektivə minnətdarlığını bildirib. Meksika ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələrə toxunan səfir vurğulayıb ki, bu gün, həm də Azərbaycanda Meksika gününün başlanğıcıdır.

Diplomat Azərbaycanda uğurla başa çatan Birinci Avropa Oyunlarına görə xalqımızı təbrik edib.

Sonra müxtəlif klassik musiqi nömrələri ilə çıxış edən "Mariaçi" lərin ifası böyük maraqla qarşılanıb.

S.ABDULLAYEVA

 





01.07.2015    çap et  çap et