525.Az

Azərbaycan ATƏT PA-nın müşahidə missiyasını parlament seçkilərinə dəvət edib


 

Azərbaycan ATƏT PA-nın müşahidə missiyasını parlament seçkilərinə dəvət edib<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçə məktub göndərib.
 
Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
 
O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.
 
B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq:
 
“Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək”.
 





01.07.2015    çap et  çap et