525.Az

Serbiyalı jurnalistin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb


 

Serbiyalı jurnalistin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb<b style="color:red"></b>

2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, S. Samarciya məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.
 
O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
 
S. Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması barəsində qərar qəbul edilib.

 





01.07.2015    çap et  çap et