525.Az

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib


 

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi, polis polkovniki Seyfulla Səttar oğlu Əzimov və polis polkovniki Əkbər Arif oğlu Yusifova isə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

 





01.07.2015    çap et  çap et