525.Az

Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb


 

Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb<b style="color:red"></b>

Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan parlament qrupu yaradılıb.

Azərbaycanın Avstraliyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakimiyyətdəki koalisiyaya daxil olan Liberal Partiyadan Lyuk Simpkins (Luke Simpkins) qrupun sədri, müxalifətdəki Leyborist partiyasından Alan Qriffin (Alan Griffin) isə sədr müavini seçilib.
 
Parlament qrupuna Avstraliya Leyborist partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez (Anthony Albanese), Lauri Ferqyuson (Laurie Ferguson), Maykl Denbi (Michael Danby), Kler Muur (Claire Moore), Uorren Snoudon (Warren Snowdon), Mariya Vamvakinu (Maria Vamvakinou), hakim koalisiyaya daxil olan Milli partiyanın (National Party) üzvü Con Kobb (John Cobb) və digərləri daxildir.
 
L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Dillər Universiteti və ADA Universitetində görüşlər keçiriblər və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Avstraliya-Azərbaycan parlament qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır. Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.

 





01.07.2015    çap et  çap et