525.Az

Yunanıstan BVF-yə borcunu ödəməyib


 

Yunanıstan BVF-yə borcunu ödəməyib<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın təyin olunmuş tarixədək 1,5 mlrd. avronu ödəmədiyini təsdiqləyib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Yunanıstan Fonda kredit üzrə ödəniş edə bilməyən ilk inkişaf etmiş ölkə olub.
 
BVF-nun nümayəndəsi Cerri Rays Yunanıstan tərəfindən ödənişin edilmədiyini bildirərək, Fondun İcraiyyə Şurasını bu barədə məlumatlandırıldığını vurğulayıb. Beləliklə, Yunanıstan borcunu ödəməyənədək BVF-nun maliyyə yardımından məhrum olacaq.
 
Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.5 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-dək vaxtı var idi.
 
Xatırladaq ki, Yunanıstan parlamenti böhranla bağlı iyulun 5-də referendumun keçirilməsi barədə qərar verib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.

 





01.07.2015    çap et  çap et