525.Az

SOCAR "Azərenerji"ni məhkəmədə udub


 

SOCAR "Azərenerji"ni məhkəmədə udub<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib.

"APA-Economics"in xəbərinə görə, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.
 
Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.
 
Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
 
"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.
 
Qeyd edək ki, borcun məbləği açıqlanmır.

 





01.07.2015    çap et  çap et