525.Az

Finlandiya Rusiya Dövlət Dumasının spikerinə viza verməyib


 

Finlandiya Rusiya Dövlət Dumasının spikerinə viza verməyib<b style="color:red"></b>

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.
 
O bunu rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, - deyə o vurğulayıb. 
 
Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.
 
Qeyd edək ki, Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.

 





01.07.2015    çap et  çap et